"Biz lisey və gimnaziyalarda oxuyan uşaların sayının artırılmasını istəyirik".
Missiya.Az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, ölkədə lisey və gimnaziyaların sayının 100- ə çatmasını planlaşdırırıq. Biz lisey və gimnaziyaların məzun keyfiyyətini görürük.Bir neçə ildən sonra yaxşı kadrları görə biləcəyik.