Son illərdə 600-ə yaxın yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub.
Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media brifinqində deyib.
O bildirib ki, qəzalı məktəblərin sayı isə 2 dəfədən çox azalaraq 400-ə enib.