AZ

Polşaya hücum Putinin Avropaya zərbələrini davam etdirəcəyini göstərir Sky News

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyanın Polşaya qarşı həyata keçirdiyi pilotsuz uçuş aparatları (PUA) hücumu həm xəbərdarlıq, həm də sınaq xarakteri daşıyır.

Bizimyol.info xəbər verir ki, "Sky News"un yazdığına görə, bu hücuma Avropa və NATO-nun reaksiyası qitənin təhlükəsizliyi baxımından həlledici əhəmiyyət kəsb edə bilər.

Nəşr bildirib ki, Rusiya “salami taktikasında” ustadır — yəni kiçik, lakin ardıcıl addımlarla böyük nəticələr əldə etməyə çalışır. Bu taktika ilk baxışda az təxribatçı görünsə də, nəticədə sərhədlər aşılır və Qərbin passiv reaksiyası Rusiyaya daha da cəsarət verir.

Putin Qərbi təxribata çəkməkdə təcrübəlidir. 2014-cü ildə Krımın ilhaqı zamanı da bu taktikadan istifadə etmişdi. Qərbin gecikmiş və qeyri-müəyyən reaksiyası Krımın taleyini müəyyənləşdirdi.

Bu dəfə isə Putin “salaminin daha böyük bir hissəsini” götürərək Polşaya PUA-larla hücum edib. Bu, NATO-nun 5-ci maddəyə uyğun olaraq kollektiv müdafiə öhdəliklərinə sadiqliyini sınağa çəkmək məqsədi daşıyır. Rusiyanın üzv ölkəyə hücum etdiyi açıq şəkildə vurğulanır.

Bu hücum NATO-nun hərbi cavab verməsi ilə nəticələnməsə də, hər hansı ciddi reaksiya göstərilməməsi alyansın zəifliyi kimi dəyərləndirilə bilər və bu da Putinə növbəti addımları atmaq üçün motivasiya verəcək.

Sanksiyalarla bağlı çoxlu bəyanatlar səsləndirilsə də, onlar nə bu hücumu dayandıra bildi, nə də Rusiyanı əvvəlki addımlarından çəkindirdi. Ən effektiv ola biləcək sanksiyalar — Rusiya neftinə qarşı ticarət embarqosu  isə hələ də ABŞ rəhbərliyi tərəfindən təsdiqlənmir.

Məqalədə  Avropa ölkələrinin Rusiyadan enerji idxalını tam dayandırmaması tənqid olunur. Son hesablamalara görə, Avropa hələ də ildə 20 milyard avrodan çox dəyərində Rusiya enerjisi alır. Həmçinin, Avropa iqtisadi gücünü (Rusiya ilə müqayisədə 20 dəfə çox) Ukraynanın müdafiəsini maliyyələşdirmək üçün istifadə etmir.

Məlum olduğu kimi, sentyabrın 10-na keçən gecə Polşanın hava məkanına 10-dan çox rus PUA-sı daxil olub. Müdafiə nazirliyinin məlumatına görə, bu dronlardan bəziləri zərərsizləşdirilib. Sonradan məlum olub ki, bir rus dronu yaşayış evinin üzərinə düşüb və dam örtüyü ilə avtomobilə ziyan dəyib, xəsarət alan olmayıb.

Bu hadisədən sonra NATO Baş katibi Mark Rutte Putinə sərt mesaj göndərərək, bu hərəkətləri “tamamilə məsuliyyətsiz və təhlükəli” adlandırıb və vurğulayıb ki, NATO hər bir qarış torpağını qorumağa hazırdır.

Aviasiya eksperti Anatoli Xrapçinski isə qeyd edib ki, Rusiya bu hücumla Polşanın müdafiə qabiliyyətini yoxlayır. O, əlavə edib ki, dünya böyük güclər arasında mümkün münaqişəyə hazırlaşır və NATO-nun bu prosesə adekvat reaksiya verməsi vacibdir.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
icma.az

1Mənbələr