AZ

Sui-qəsdə uğrayan amerikalı siyasi fəal Çarli Kirk ölüb - VİDEO

Yuta Universitetində çıxışı zamanı sui-qəsdə uğrayan amerikalı siyasi fəal və prezident Donald Trampın tərəfdarı Çarli Kirk ölüb.

"Report" xəbər verir ki, bu barədə D. Tramp "Truth Social" sosial şəbəkəsində məlumat paylaşıb.

"Böyük, hətta əfsanəvi Çarli Kirk vəfat edib. Amerika Birləşmiş Ştatlarında heç kim gəncləri Çarli qədər anlamırdı. O hamı tərəfindən sevilirdi və hörmət olunurdu, xüsusilə də mənim tərəfimdən. İndi isə o, artıq aramızda yoxdur. Melania və mən bütün qəlbimizlə onun gözəl həyat yoldaşı Erika və ailəsinə başsağlığı veririk", - Tramp qeyd edib.

*****

Amerikalı siyasi fəal və prezident Donald Trampın tərəfdarı Çarli Kirk Yuta Universitetində çıxışı zamanı güllələnib.

Bu barədə "NBC News" məlumat yayıb.

Məlumata görə, atəş nəticəsində tədbir yarıda kəsilib, Kirk mühafizəçilər tərəfindən ərazidən aparılıb.

Qeyd olunur ki, hücumda şübhəli bilinən şəxs saxlanılıb, polis hadisə ilə bağlı araşdırma aparır.

"Fox News" Kirkin mətbuat katibinə istinadən vurğulayıb ki, hazırda siyasi fəalın vəziyyəti məlum deyil.

Bir sıra nüfuzlu respublikaçılar, məsələn, Pentaqonun rəhbəri Pit Heqset, vitse-prezident Cey Di Vens, həmçinin ABŞ Prezidenti Donald Tramp tərəfindən Kirki dəstəkləyən bəyanatlar verilib. "Hamımız güllələnən Çarli Kirk üçün dua etməliyik!" – Amerika lideri özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə Kirkin boğaz nahiyəsindən yaralandığı görünür. "Associated Press" qeyd edir ki, Kirki vuran yaşlı kişi həbs olunub, onun şəxsiyyəti barədə hələlik məlumat yoxdur.

Report.az

Seçilən
6
9
qaziler.az

10Mənbələr