AZ

“Habertürk” və “Show TV” də daxil olmaqla 121 şirkət müsadirə olundu

Türkiyədə Küçükçekmece Respublika Baş Prokurorluğu “Can Holdinq”ə qarşı əməliyyat həyata keçirib. SİA xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, holdinqin tərkibində olan “Habertürk” və “Show TV” də daxil olmaqla 121 şirkət müsadirə olunub.

“Can Holdinq”in rəhbərləri Mehmet Şakir Can, Kemal Can və Kenan Tekdağ daxil olmaqla 10 nəfər barəsində həbs qərarı verilib.

Onların həbs olunma ittihamlarının cinayət təşkilatı qurmaq, qaçaqmalçılıq, dələduzluq və çirkli pulların yuyulması olduğu bildirilib.

Jandarmanın “Habertürk”, “Show TV” və “Bloomberg”in də yerləşdiyi binada axtarışlara davam etdiyi qeyd olunub.

Seçilən
10
1
sia.az

2Mənbələr