AZ

Polşa NATO müttəfiqlərindən əlavə HHM sistemləri və PUA hücumuna qarşı texnologiya tələb edib

Polşa

Polşa ərazisinə dronların düşməsindən sonra NATO müttəfiqlərindən əlavə hava hücumundan müdafiə (HHM) sistemləri və pilotsuz uçuş aparatlarına qarşı mübarizə texnologiyaları tələb edib.

APA xəbər verir ki, bu barədə Bloombergməlumat yayıb.

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamyş bəyan edib ki, isveçli həmkarı Pol Yonsondan “Polşaya təcili əlavə dəstəyin, o cümlədən HHM vasitələri və aviasiyanın göndərilməsi” barədə məlumat alıb.

Kosinyak-Kamyş bildirib ki, Niderland Polşaya “Patriot” zenit-raket kompleksləri, pilotsuz uçuş aparatlarına qarşı mübarizə vasitələri və 300 hərbçi təqdim edir.

“Çexiya, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Finlandiya və Baltikyanı ölkələr – bütün müttəfiqlər dəstək verməyə hazırdır və konkret bəyanatlar səsləndiriblər. Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinin qüvvəyə minməsi nadir və ciddi bir vəziyyətdir”, – Polşa Müdafiə Nazirliyi onun sözlərini “X”də yayıb.

Seçilən
20
2
xalqcebhesi.az

3Mənbələr