AZ

"Qətər aldadıldığını başa düşür"

"Qətər

İsrailin, Qətərin paytaxtı Dohaya havadan endirdiyi raket zərbələri, heç də İsrailin gücünün alternativi olmadığı anlamına gəlməməlidir. İsrail Səudiyyə Ərəbistanı və İordaniya üzərindən

Qətərə qarşı həyata keçirdiyi bu hərbi əməliyyatlara görə, mütləq ki bu ölkələrin razılığını alıb və baxmayaraq ki, hər iki ölkə İsrailin bu addımını pislədi.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Çingiz Şahbazi deyib.

"Qətər bu yaxınlarda ABŞ prezidenti Trampın səfəri çərçivəsində 500 milyard dollar haraç verdi və bu pul Qətərin təhlükəsizliyinin təmin olunması üçün verilməsi də heç kimdə şübhə doğurmur. Qətərin təhlükəsizliyini təmin etmək məqsədilə, ABŞ tərəfindən verilən havadan müdafiə sistemləri İsrailin hücumunun qarşısını almaq üçün işə düşmədi və nəticədə olan oldu. Çünki, o sistemlərin işləmə mexanizmi ABŞ-ın ixtiyarında qalmaqdadır və İsrailin hücumunun qarşısını almaq ona görə mümkün olmadı ki, baş verənlərin arxasında məhz ABŞ özü dayanır və bu Trampın imicinin zədələnməsi üçün də atılan addım ola bilər" - deyib politoloq.

Onun sözlərinə görə, Qətər müdafiə üçün 100 milyardlarla dollar sərmayə qoyur və bunu Trampa inanaraq həyata keçirir və nəticədə aldadıldığını başa düşür. Ərəb ölkələrinin təhlükəsizlik maraqlarına uyğun doğru siyasətlərinin olmadığı zaman-zaman görülür və bu səbəbdən,bu qədər pulu Türkiyəyə vermiş olsaydılar, inanın ki bütün Yaxın Şərqi qorumaq üçün bu pul kifayət edərdi və həmçinin Yaxın Şərqin bu günü və sabahı daha qaranti altında hesab oluna bilərdi.İsrail, eləcə də Yaxın Şərqdə ikibaşlı oyunlar oynayan ABŞ heç bir halda bugünkü kimi at oynada bilməzdi. Bu gün Türkiyə istehsalı silah və hərbi texnika dünyanın heç bir ölkəsinin silahından və texnikasından bütün göstəricilərinə görə geridə deyil və Türkiyə hərbi sənayesi siyahıda öndə gələn ölkələr arasında öz yerini tapıb.

Cavid

Seçilən
22
1
xalqcebhesi.az

2Mənbələr