BAKI, 11 sentyabr. TELEQRAF
Kot-d’İvuarda begemotun gəmini çevirməsi nəticəsində 11 nəfər itkin düşüb.
Teleqraf xəbər verir ki, ümumilikdə gəmidə 14 sərnişin olub.
Hələlik yalnız 3 nəfərin sağ qaldığı dəqiq bilinir. Digər sərnişinlərin axtarışı davam etdirilir. Bildirilir ki, onların arasında qadınlar və uşaqlar da var.
Mütəxəssislər Kot-d’İvuarda təxminən 500 begemotun olduğunu bildirirlər. Onlara ən çox ölkənin cənubunda rast gəlmək olar.