GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriev ABŞ-da Tramp tərəfdarı, siyasətçi və “Turning Point USA” təşkilatının rəhbəri Çarli Kirkə qarşı edilən sui-qəsd cəhdini şərh edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.
Dmitriyevin sözlərinə görə, hadisə ABŞ siyasətindəki ciddi ziddiyyətlərin və daxili parçalanmanın bariz nümunəsidir:
“Bu hadisə təkcə Amerika siyasəti üçün deyil, bütün dünya üçün əlamətdardır: sağlam düşüncəni müdafiə edən və isteriyaya qarşı çıxan bir şəxsə qarşı sui-qəsd ABŞ-dakı parçalanmanın dərinliyini göstərir”.
O həmçinin Kirki ABŞ ictimai-siyasi həyatında ən görkəmli fiqurlardan biri adlandırıb.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.