AZ

Kamerun millisində çıxış etmiş futbolçu “Qəbələ”də

Idman.biz saytına istinadən ain.az xəbər verir.

“Qəbələ” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, “qırmızı-qaralar” Kamerun əsilli fransalı yarımmüdafiəçi Jondo Fuxsu transfer edib.

27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Fuxs karyerasına Fransanın “Soşo” klubunda başlayıb. Daha sonra İspaniya təmsilçisi “Alaves”ə transfer olunan futbolçu İsrail klubu “Makkabi Hayfa”nın da formasını geyinib. Şotlandiyada “Dandi Yunayted”, İngiltərədə isə “Piterboro Yunayted”in heyətində çıxış edən Fuxsun son klubu İsrail təmsilçisi “Bney Sahnin” olub.

Jondo Fuxs həmçinin Fransanın U-19 və U-20 milli komandalarının şərəfini qoruyub. O Kamerunun əsas millisinin heyətində 2 oyuna çıxıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
11
icma.az

10Mənbələr