Fransada kütləvi etirazlar başlayıb, vətəndaşlar hakimiyyətin iqtisadi siyasətindən narazıdırlar.
Heftelik.az BFMTV-yə istinadən xəbər verir ki, keçmiş Baş nazir Fransua Bayrunun büdcə planına etiraz etmək üçün sosial mediada başlayan “Hər şeyi bloklayın” etiraz hərəkatının bir hissəsi olaraq paytaxt Parislə bərabər, Marsel, Tuluza və digər başqa şəhərlərdə aksiyalar keçirilir,
Lyon şəhərində etirazçılara gözyaşardıcı qaz tətbiq edilib. ransa Daxili İşlər Nazirliyindən bildirilib ki, Fransada etiraz aksiyalarında 4 təhlükəsizlik əməkdaşı yaralanıb. Nazirlik 295 aksiya iştirakçısının saxlandığı barədə məlumat yayıb.