AZ

Tovuzda iki avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO

Tovuzda iki avtomobil körpüdən aşıb, xəsarət alanlar var.

Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Toyota Prius" və "Opel" markalı avtomobillər toqquşub, daha sonra aşıb.

Qəza zamanı 1989-cu il təvəllüdlü Zaur Mehdiyev və 2002-ci il təvəllüdlü Ağası Məmmədov
müxtəlif xəsarətlər alıblar. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağırdır.


Qeyd edək ki, xəsarət alanlar sürücüdürlər və taksi fəaliyyəti ilə məşğuldurlar.

Faktla bağlı araşdırma aparılır.



Bizim.Media

Seçilən
29
2
bizim.media

10Mənbələr