Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatında çıxışı zamanı bütün ermənilərin katolikosu II Qareginin istefası məsələsində heç bir kompromis olmayacağını bildirib.
Axar.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Paşinyan Ermənistan Apostol Kilsəsini insanları mənəvi dəyərlərə yaxınlaşdırmaq əvəzinə, əksinə, dəyərlərdən uzaqlaşdırmaqda ittiham edib.
“Komprоmis olmayacaq. Mən açıq deyirəm. Bu istisnadır. Ktriç Nersisyan (II Qaregin) getməlidir və nə qədər tez getsə, bir o qədər yaxşıdır. Heç nə onu xilas etməyəcək”, – deyə Paşinyan vurğulayıb.