Fransa millisinin hücumçusu Kilian Mbappe 2026-cı il dünya çempionatının seçmə mərhələsinin başlanğıcı ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, "Telefoot" hücumçunun fikirlərini belə çatdırıb.
“Bu xüsusi bir hadisədir, çünki biz Fransa millisində yeni mövsümə qayıdırıq. Qarşımızda böyük bir macəra var – 2026-cı il dünya çempionatı. Buna görə də seçmə mərhələ bizim üçün xüsusi əhəmiyyət daşıyır. Biz bunu başa düşürük və qərarlıyıq.
Çoxlarımız dünya çempionu olmaq istəyir. Biz 2022-ci ildəkindən daha güclüyük. Bu, göstərir ki, çoxları bu formanı geyinmək istəyir. Biz bu turniri qazanmaq və nəticədə qalib olmaq istəyirik”