Azərbaycanda sosial şəbəkələrdə dəniz balığı adı ilə qanunsuz satış aparanlardan 8 kiloqramlıq nərə balığı, hər birinin çəkisi 1 355 qram olan 3 ədəd və hər birinin çəkisi 113 qram olan 7 ədəd nərə kürüsü aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Nazirliyin Balıqçılıq və Akvakultura Mərkəzinin nümayəndələrinin Su Nəqliyyatında Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin əməkdaşları ilə birgə keçirdiyi reyd nəticəsində bu cür qanunsuz fəaliyyətlə məşğul olan şəxslər müəyyən edilib.
"İlkin ekspertizanın rəyinə görə, satılan balıq məhsullarının təsərrüfat şəraitində yetişdirildiyi ehtimal olunur. Faktla bağlı istintaq davam edir. Qanunsuz balıq ovu və qadağan olunmuş balıqların ovlanması, emalı və satışı qadağandır və bu kimi hallara yol verən şəxslər barəsində qanuni tədbirlər görüləcək",-deyə məlumatda qeyd edilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta