AZ

Paşinyan: “ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsini həll etməyib”

Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun fəaliyyətini sərt tənqid edib.

Musavat.com xəbər verir ki, Paşinyan bildirib ki, Minsk qrupu heç vaxt faydalı iş görməyib və onun fəaliyyəti Qarabağ münaqişəsini həll etmək yox, daha da dərinləşdirmək məqsədi daşıyıb.

Baş nazirin sözlərinə görə, Qarabağ məsələsi artıq uzun müddət əvvəl həll olunmuşdu, lakin İrəvana bu barədə məlumat verilmirdi, çünki əsl problem Ermənistanın özündə idi.

Paşinyan iddia edir ki, Ermənistan məsələsinin “həlli” nəticəsində ölkənin ərazi bütövlüyü parçalanacaq, suverenliyi və müstəqilliyi itiriləcəkdi. Minsk qrupu formatında aparılan bütün danışıqların məqsədi isə Ermənistanın asılılıqlarının ikiqat, üçqat, onqat artırılması olub.

Musavat.com

Seçilən
3
50
musavat.com

10Mənbələr