AZ

Daşkənd və Sankt Peterburq arasında “yol xəritəsi” imzalanıb

ain.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Daşkənd və Sankt-Peterburq arasında “yol xəritəsi” imzalanıb.Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, sözügedən sənəd Daşkənd şəhərinin meri Şavkat Umurzakovla Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə görüş zamanı imzalanıb.Söhbət zamanı iki ölkə arasında əməkdaşlığın dövlət başçılarının iradəsi əsasında inkişaf etdiyi və Özbəkistan-Rusiya münasibətlərinin möhkəmlənməsində mühüm həlqə olduğu vurğulanıb. Danışıqlar zamanı səhiyyə, təhsil və sənaye sahələrində təcrübə mübadiləsinə xüsusi diqqət yetirilib.Bildirilib ki, Özbəkistan Sankt-Peterburq üçün əsas ticarət tərəfdaşıdır. Bu istiqamət işgüzar əlaqələrin daha da inkişafı ilə möhkəmlənir.Tərəflər tərəfdaşlığı daha da dərinləşdirməyə və müntəzəm dialoqlar, o cümlədən təcrübə mübadiləsi və ikitərəfli əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını bildiriblər.Danışıqların yekununda Daşkənd şəhər administrasiyası ilə Sankt-Peterburq hökuməti arasında 2025-2028-ci illər üçün ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələrdə əməkdaşlığa dair əldə edilmiş razılaşmaların həyata keçirilməsinə dair “yol xəritəsi” imzalanıb.Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
newscenter.az

2Mənbələr