AZ

Azərbaycan və QDTİB arasında tərəfdaşlıq imkanları genişləndirilir

Bakı. Trend:

Azərbaycan Respublikasının maliyyə naziri, Qara Dəniz Ticarət vəİnkişaf Bankının (QDTİB) Azərbaycan üzrə Rəhbəri Sahil Babayevölkəmizdə səfərdə olan QDTİB-nin prezidenti Serhat Köksalınrəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Maliyyə Nazirliyindən Trend-ə bildirilib ki, görüşdə Bankın son dövrlərdəkifəaliyyəti, Azərbaycan ilə QDTİB arasında mövcud tərəfdaşlıqmünasibətləri, ölkəmizin Bankdakı təmsilçiliyi və gələcəkəməkdaşlıq imkanları müzakirə olunub.

Qeyd edilib ki, QDTİB 2024-cü ildə mürəkkəb geosiyasi vəziyyətdəehtiyatlı konsolidasiya siyasətinə sadiq qalaraq uğurlufəaliyyətini davam etdirib. Bankın 2023–2026-cı illəri əhatə edənOrta Müddətli Strategiya və Biznes Planının ilk mərhələsinin uğurlaicra olunması, 2024-cü ildə əldə edilmiş nəticələr və 2025-ci ilinilkin göstəriciləri qurumun əməliyyat imkanlarını və maliyyədayanıqlılığını nümayiş etdirir.

Azərbaycanın cari iqtisadi vəziyyəti və müsbət tendensiyalarbarədə qonaqları məlumatlandıran S.Babayev ölkəmizdə neftdən kənarsahələrin inkişafı istiqamətində ardıcıl addımlar atıldığını, kəndtəsərrüfatı, İKT, istehsal, logistika, yaşıl enerji kimi sahələrdəəhəmiyyətli nəticələr əldə olunduğunu və bu islahatların ölkəiqtisadiyyatının dayanıqlılığını artırmaqla yanaşı, inklüziv vəuzunmüddətli inkişafı təmin etdiyini bildirib.

Nazir Orta Müddətli Strategiya və Biznes planının ikincimərhələsinə başlanmasını yüksək qiymətləndirərək, resurs bazasınıngenişlənməsi və Bankın idarə heyətinin tam formalaşdırılmasınınqarşıdakı illərdə daha böyük nailiyyətlərin əldə olunmasına imkanyaradacağına əminliyini ifadə edib. Həmçinin, nəqliyyatdəhlizlərinin açılması və Azərbaycanın işğaldan azad edilmişərazilərin bərpası konteksində nəqliyyat və logistikainfrastrukturunun inkişafına QDTİB-nin sərmayə yatırmasının önəmivurğulanıb.

Səfər çərçivəsində iki bankla müqavilənin imzalanması müsbətaddım kimi qiymətləndirilib, ölkəmizdə daha çox əməliyyatın həyatakeçirilməsi və xüsusilə özəl sektora birbaşa kreditlərin verilməsivacib hesab olunub.

Öz növbəsində Serhat Köksal Azərbaycan ilə əməkdaşlığın Banküçün strateji əhəmiyyət daşıdığını bildirib və ölkəmizdə həyatakeçirilən islahatların maliyyə institutları üçün yeni imkanlaraçdığını vurğulayıb. O, QDTİB-in Azərbaycanda daha geniş miqyaslılayihələrdə iştirak etməkdə maraqlı olduğunu və birgə təşəbbüslərindəstəklənəcəyini qeyd edib.

Seçilən
31
4
az.trend.az

5Mənbələr