AZ

"Dohaya hücum: İsrailin HƏMAS-a zərbəsi regionda gərginliyi pik həddə çatdırıb" - "Azadlıq Radiosu

"İsrailin davranışını dünyanı fəlakətə sürükləyir və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır..."

Xəbər verildiyi kimi, sentyabrın 9-da İsrail ordusu Qətərin paytaxtı Dohada HƏMAS-ın baş qərargahına dəqiq zərbə endirib. Hücum zamanı altı yüksək rütbəli HƏMAS üzvü, o cümlədən danışıqlar qrupunun rəhbəri Xəlil əl-Həya və onun ortancıl oğlu həlak olub.

Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri məlumat yayıb.

Hücum və Qətərin qəzəbi

Məlumatda deyilir ki, Qətər dərhal hadisəni "xain və qəddar" adlandıraraq beynəlxalq hüququn kobud pozuntusu kimi qiymətləndirib. Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid əl-Ənsari bildirib ki, hücum Qətər əhalisi və ölkənin təhlükəsizliyi üçün ciddi təhdid yaradır.

Qətər öz vasitəçilik rolunu müvəqqəti dayandırıb və hadisəni BMT Təhlükəsizlik Şurasına çatdırıb. "Əl-Cəzirə" telekanalı vasitəsilə yayımlanan müsahibələrdə Qətər rəsmiləri İsrailin davranışını "dünyanı fəlakətə sürükləyən addım" kimi təqdim edib.

Beynəlxalq reaksiya və təcili İclas

Hücum dünya miqyasında kəskin tənqid olunub. BMT baş katibi Antonio Quterriş bunu Qətərin suverenliyinə və ərazi bütövlüyünə hücum kimi qiymətləndirib. Roma Papası Leo XIV, Səudiyyə Ərəbistanı, İran, BƏƏ və Türkiyə də İsrailin hərəkətlərini sərt şəkildə pisləyib. Türkiyə xüsusilə İsrailin bölgədə terroru dövlət siyasəti kimi qəbul etdiyini vurğulayıb.

Hücumun ardından BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması tələb edilib. İclasın təşəbbüsü Əlcəzair tərəfindən irəli sürülüb və əsas məqsəd İsrailin Dohadakı əməliyyatlarının yaratdığı gərginliyi aradan qaldırmaqdır. Diplomatik mənbələr qeyd edir ki, ABŞ-ın veto hüququ bu iclasın nəticələrinin sərt olmamasına səbəb ola bilər.

ABŞ və Qətərin diplomatik reaksiyaları

ABŞ prezidenti Donald Tramp hadisəni "faciə" adlandırıb, lakin vurğulayıb ki, qərarı İsrail baş naziri Benyamin Netanyahunun verib. Tramp qeyd edib ki, ABŞ yalnız öncədən məlumatlandırılıb və hücum regionda vəziyyəti mürəkkəbləşdirir, Qətərin sülh danışıqlarındakı rolunu riskə atır. Qətərin baş naziri Məhəmməd bin Əbd ər-Rəhman əl-Taani Netanyahunu "fırıldaqçı və xəyanətkar" adlandırıb.

 O, bildirib ki, İsrailin verdiyi zəmanətlərin pozulması Qətərin vasitəçilik roluna ciddi zərbə vurub. "Əl-Cəzirə" telekanalı vasitəsilə yayımlanan müsahibələrdə Qətər rəsmiləri İsrailin davranışını beynəlxalq hüquqa meydan oxumaq və regionda sülh səylərini pozmaq kimi qiymətləndiriv.

Qətərin vasitəçilik roluna təhdid

Son 20 ildə Qətər dünya miqyasında əsas vasitəçilik mərkəzi sayılıb. Dohada uşaqların Ukraynaya qaytarılması, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması, Sudan üsyançıları ilə sülh danışıqları və 2023-cü il oktyabrın 7-də HƏMAS tərəfindən girov götürülən şəxslərin azad edilməsi kimi mürəkkəb danışıqlar aparılıb.

Lakin İsrailin Dohaya hücumu Qətərin bu nüfuzlu vasitəçilik rolunu sual altına qoyub. HƏMAS rəsmiləri bildirir ki, hücum zamanı danışıqlar qrupunun bir hissəsi həlak olub, bəzi liderlər isə sağ qalıb. Bu vəziyyət Qətərin gələcəkdə sülh danışıqları üçün təhlükəsiz platforma olub-olmamasını qeyri-müəyyən edir.

BBC-nin təhlükəsizlik məsələləri üzrə müxbiri Frank Qardner qeyd edir: "Əgər hətta Qətər, ABŞ və Taliban arasında 2021-ci ilə qədər aparılan danışıqların mərkəzi artıq təhlükəsiz yer deyil, bəs harada olacaq?". "The Guardian" qəzetinin məlumatına görə, 2025-ci ilin iyulunda Qətər on danışıqlar prosesində iştirak edib, bunlardan bəziləri ölkə daxilində, bəziləri isə xaricdə aparılıb.

"The New Yorker" jurnalının yazdığı kimi, Qətər xüsusilə girovların azad edilməsi və məhbus mübadiləsi kimi həssas məsələlərdə dünyada əvəzsiz vasitəçi kimi tanınıb. BBC-nin Dövlət Departamenti üzrə müxbiri Tom Beytman isə bildirib: "Dohanın rəhbərliyinin ictimai qəzəbi fonunda ABŞ-ın əsas müttəfiqi olan Qətərin diplomatik kanalları demək olar ki, partladılıb. Tramp indi bunun nəticələri ilə üzləşməli olacaq".

Seçilən
6
1
moderator.az

2Mənbələr