Ajans.az xəbər verir ki, bu barədə adı açıqlanmayan mənbələrə istinadən "Al Hadath" telekanalı məlumat yayıb. Husilərə məxsus "Saba" informasiya agentliyi də ölən və yaralananlar olduğunu bildirib. Məlumata görə, üsyançıların qurumunda mənəvi-psixoloji hazırlıq şöbəsi hücuma məruz qalıb. KİV ölən və yaralananların dəqiq sayı barədə məlumat vermir.
Qeyd edək ki, bu gün axşam saatlarında İsrail Müdafiə Qüvvələri Yəmənin paytaxtına hava zərbəsi endirib.