Bakı. Trend:
Didye Deşamın Fransa millisinin baş məşqçisi postundanayrılacağından sonra onu əvəzləyəcək əsas namizəd açıqlanıb.
Trend xaricimətbuata istinadən xəbər verir ki, bu vəzifəyə Zinəddin Zidanıngələcəyi gözlənilir.
Fransa Futbol Federasiyası 53 yaşlı mütəxəssisi yığmanın gələcəkçalışdırıcısı kimi nəzərdən keçirir.
D.Deşamın milli komanda ilə müqaviləsinin müddəti 2026-cı iliyulun 31-də başa çatır. Zidan isə son olaraq İspaniyanın “RealMadrid” komandasında işləyib.
Qeyd edək ki, Fransa yığması DÇ-2026-nın seçmə mərhələsinin Dqrupunda Azərbaycan millisinin rəqibidir.