AZ

Paytaxtda zəncirvari qəza olub, xəsarət alan var

Paytaxda 4  maşının iştirakı ilə zəncirvari yol qəzası baş verib. Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə Babək prospektilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən nəqliyyatın hərəkəti üçün nəzərdə tutulmuş yeraltı keçiddə baş verib. "Lexsus", "Hyundai", "Mercedes" və "Kia" markalı avtomobillərin iştirakı ilə baş verən qəza keçiddə müvəqqəti hərəkət məhdudiyyəti yaradıb. "Kia"da olan bir nəfər kişi xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Seçilən
6
2
avtosfer.az

3Mənbələr