AZ

İsrail Yəmənin Müdafiə Nazirliyi və Baş Qərargahına zərbələr endirib

ain.az, Oxu.az saytına istinadən bildirir.

İsrail aviasiyası Yəmənin paytaxtı Sənada "Ənsar Allah" üsyançı hərəkatı husilərinin nəzarətində olan bir neçə obyektə hücum edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, zərbələrin əsas hədəfləri Müdafiə Nazirliyi və üsyançıların Baş Qərargahı olub.

Hazırda müvafiq xidmətlər dəymiş ziyanın miqyasını müəyyən edir və zərərçəkənlər haqqında məlumat toplayırlar.

Bildirilir ki, Sənanın mərkəzindəki yanacaq anbarı və hərbi obyekt də vurulub. Hücumun digər hədəfi husi hökumətinin nəzarətində olan Maliyyə Nazirliyinin yerləşdiyi ərazi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
oxu.az

5Mənbələr