AZ

Paşinyan: Gələn il müdafiə xərclərini azaltmağı planlayırıq

Ermənistan 2026-cı ildə müdafiə xərclərini azalda bilər.

"Report" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə bildirib.

O qeyd edib ki, 2026-cı ildə müdafiə xərcləri 2024-cü illə müqayisədə təbii artım nümayiş etdirəcək.

"Biz 2026-cı ildə müdafiə xərclərini 2025-ci illə müqayisədə artırmağı deyil, əksinə, azaltmağı planlaşdırırıq", - baş nazir qeyd edib.

N.Paşinyan əlavə edib ki,  Ermənistan 2024-cü ilin büdcəsi ilə müqayisədə 2025-ci ildə müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb.

"Bu artım müəyyən təxirəsalınmaz ehtiyaclarla bağlı olub. Biz məsələn, 2030 və ya 2035-ci ildə ödəməli olduğumuz borcları və kreditləri azaltmağı məqsədəuyğun hesab etdik", - o qeyd edib.

2025-ci ildə Ermənistanın müdafiə xərcləri 20 % artaraq 664 milyard dram (1,71 milyard dollar) təşkil edib.

Seçilən
16
1
qaziler.az

6Mənbələr