AZ

Putinə yaxın Çemezovla bağlı İLGİNC MƏLUMAT

Rusiyanın Federal Vergi Xidməti sənədlərinə görə, “Rostex”in rəhbəri Sergey Çemezovun gəlirləri Ukrayna müharibəsinin başlanmasından sonra kəskin artıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Çemezovun maaşı 2020-ci ildə 190 milyon rubl (2 milyon 236 min ABŞ dolları) idisə, 2024-cü ildə artıq 310 milyon rubla (3 milyon 649 min dollar) çatıb. Beləliklə, müharibədən sonra onun gəliri 1,5 dəfə yüksəlib.

Sızmalarda göstərilir ki, Çemezovun banklarda bilinən 800 milyon rublluq əmanəti (9 milyon 427 min dollar) var. Onun yarım milyard rubldan çox vəsaiti VTB bankında illik 21% gəlirliliklə saxlanılır. Bundan başqa, 170 milyon rublu (2 milyon dollar) “Novikombank”da, 61 milyon rublu (718 min dollar) isə “Beynəlxalq Maliyyə Klubu”nda yerləşdirilib.

Çemezovun şəxsi gəlirləri ilə yanaşı, “Rostex”in göstəriciləri də yüksəlib. Əgər 2021-ci ildə konsernin xalis mənfəəti 111,2 milyard rubl idisə, 2024-cü ildə bu rəqəm 131,5 milyard rubla çatıb. Konsolidə olunmuş gəlir isə 3,61 trilyon rubl təşkil edib.

“Rostex” müəssisələri Rusiyanın dövlət müdafiə sifarişlərinin yarıdan çoxunu təmin edir. Şirkətin saytında qeyd olunur ki, müharibədən sonra zirehli texnika istehsalı 5–7 dəfə, artilleriya mərmiləri istehsalı isə “onlarla dəfə” artırılıb. Bundan əlavə, konsern “Kub” və “Lancet” pilotsuz uçuş aparatlarını, həmçinin atıcı silahlar istehsal edir.

Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr