“Azərbaycanla yolların açılması, o cümlədən delimitasiya və demarkasiya məsələləri üzərində işləyirik və bu istiqamətdə yeni xəbərlər ola bilər”.
KONKRET.az xəbər verir ki, xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan deyib.
Onun sözlərinə görə, Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində də əhəmiyyətli nəticələrin şahidi olmağın vaxtı çatıb:
“Biz kommunikasiyaların açılması üzərində işləyirik. Bir çox texniki məsələlər üzrə danışıqlar aparmaq lazımdır. Kommunikasiyaların açılmasına nail olmaq bizim maraqlarımıza uyğundur”, – deyə Mirzoyan qeyd edib.