AZ

Paşinyandan Qarabağ açıqlaması:  Bu, çoxlarının proqramından kənarda oldu

"Ermənistan daxilində Azərbaycanla sülhü pozmaq istəyən qüvvələr var".

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazirin avqustun 8-də Vaşinqtonda əldə edilmiş bəyannaməni gözdən salmağa çalışan qüvvələrə reaksiyası belə olub:

"Sülh bəyannaməsi qəbul olundu, dedilər ki, bu, ancaq bəyannamədir. 1994-cü ildən Qarabağ məsələsi ilə bağlı danışıqlar prosesi gedirdi və heç vaxt Qarabağ məsələsi ilə bağlı bəyannamə layihəsindən başqa sənəd layihəsi olmayıb. Bəyannamə bu qədər asan bir şeydirsə, niyə 30 ildir bu dövlətin, xalqın bütün enerjisini, gündəmini sırf həmin bəyannamə üzərində cəmləşdiririk? Sülh bərqərar olub. Bu, çoxlarının proqramından kənarda oldu və indi onlar bu sülhü pozmağa çalışırlar. İstər Ermənistanda, istərsə də uzaq və yaxın ərazilərdə belə maraqları olan qüvvələrin olduğunu görməmək mümkün deyil. Biz qurulmuş sülhü bu nöqtədən institusional məhvə doğru inkişaf etdirmək istəyənlərə zidd olaraq, institusional inkişafa doğru inkişaf etdirməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
2
olaylar.az

3Mənbələr