AZ

Hollandiya İsrail nazirlərini “arzuolunmaz şəxs” elan etdi – Avropada ilk sərt addım

Musavat.com xəbər verir ki, Hollandiya hökuməti İsrailin iki tanınmış naziri – İtamar Ben-Qvir və Bezalel Smotrichi rəsmi şəkildə “arzuolunmaz şəxslər” siyahısına salıb.

Bu qərara əsasən, hər iki nazirin Şengen zonasına daxil olan 29 ölkəyə girişinə qadağa qoyulub.

Avropada ilk dəfədir ki, bir ölkə İsrail hökumətinin yüksək vəzifəli nümayəndələrinə qarşı bu qədər sərt diplomatik addım atır. Avropa diplomatiyasında “persona non grata” elan olunmaq ən yüksək səviyyəli etiraz forması hesab olunur.

Qərarın arxasında İsrailin son aylarda Qəzza və İordan çayının Qərb sahilində həyata keçirdiyi hərbi əməliyyatlar, habelə Ben-Qvir və Smotrichin bu əməliyyatlarla bağlı sərt və radikal açıqlamaları dayanır. Xüsusən də, onların beynəlxalq hüquqa zidd bəyanatları Avropa paytaxtlarında ciddi narazılıq yaradıb.

Musavat.com-a görə bu addım Avropa İttifaqının digər üzvlərinə də nümunə ola bilər. Əgər oxşar qərarlar başqa ölkələrdə də qəbul edilərsə, İsrail hökumətinin radikal qanadı üçün beynəlxalq təcrid riski daha da artacaq.

Musavat.com

Seçilən
11
2
musavat.com

10Mənbələr