AZ

Valideynin övladının həyatındakı rolu... Uşağın dərs və sosial həyat balansını qurmaq valideynin ev tapşırığı dır

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yeni tədris ilinin başlanması ilə əlaqədar valideynlərin əziyyətli günləri başlayır. Həm çöldə işləmək, daha sonra da axşam evdə uşaqlara dərslərində kömək etmək məcburiyyətindədirlər. Sanki axşam valideynin ikinci işi başlayır.

Təbii ki, uşaqdan uşağa fərq var. Elə uşaq var ki, valideyn heç bir göstəriş vermədən dərslərini oxuyub yazır. Sonra öyrəndiyi dərsləri valideyn soruşur, eynilə ev tapşırıqlarını da yoxlayır və görür ki, hamısını düzgün yazıb. Belə olduqda valideyndə övladına arxayınlıq, inam yaranır. Mən deyərdim bunun özü valideyn üçün böyük xoşbəxtlikdir.

Əsasən uşaqların ibtidai sinifdə təhsil aldığı dönəmdə köməyə daha çox ehtiyacı yaranır. Ancaq yanlış yox, düzgün öyrətmək və istiqamətləndirmək lazımdır. Uşağın sevdiyi dərsdən başlamaq lazımdır. Bu zaman övladla uşaq arasında həm inam, həm də effektiv ünsiyyət yaranır. Uşaq valideynlərinə gördüyü və eşitdiyi hər bir şeyi soruşur, maraqlanır. Beləcə, valideynlə övlad arasında möhkəm bağ yaranır. Bunun nəticəsi sonrakı dönəm daha nəzərə çarpacaq qədər hiss edilir. Təbii ki, bir çox valideynlər bu hisdən məhrumdur. Çünki hansısa valideyn ali təhsil almasına baxmayaraq, övladını öyrətməyi bacarmır, hətta bunu etiraf edənlər də var. Övladının ev tapşırıqlarında yardımçı olmaq valideynə müşkül, əziyyətli gəlir bu poses və məcbur hazırlığa qoyur.

Psixoloqlar, eyni zamanda pedaqoqlar da bildirirlər ki, uşağın valideynlə birlikdə dərslərlə məşğul olmağı onların biliyini möhkəmləndirir, xüsusilə atanın öyrətdiyi dərs unudulmur. Məsələn; mən də övladlarımın dərslərində onlara kömək etmişəm. Özləri də yaxşı oxuyurlar deyə dediklərimi süngər kimi çəkiblər. Ən çox ingilis dilini 5-6 yaşlarında öyrətməyə çalışmışam. Onlara ingilis dilinə ilk sevgini özüm aşılamışam. Eyni zamanda videolarını çəkirdim, həm yadigar qalsın, həm də sonralar da özlərinə baxsın deyə. Çünki özümün də baxmayaraq ki, bağçada rus bölməsinə getmişəm, uşaqlıqdan ingilis dilinə sevgim var. Təbii ki, böyüdükcə dili akademik səviyyəyə qədər öyrənmə yollarını özləri biləcəklər.

Əlbəttə ki, uşağı ağır olan dərslərlə çox da yükləmək lazım deyil. Onlar üçün istirahətə də vaxt ayrılmalıdır. Həmçinin müəyyən vaxt çərçivəsində kompüter və telefona da icazə vermək lazımdır. Bu, zamanın tələbidir. Uşaqlar asudə vaxtlarını səmərəli keçirməlidir. Bu, onların hüquqdur. Axı uşaqların, təhsil almaq, düzgün qidalanmaq, təmiz hava almaq, yaşamaq, azadlıq, ünsiyyətdə olmaq, fikrini bildirmək və müdafiə hüquqları olduğu kimi, istirahət etmək hüquqları da var.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
bizimyol.info

1Mənbələr