AZ

Dövlət departamentinin nümayəndəsinin Azərbaycana səfərinin təfərrüatı məlum olub

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya üzrə Bürosunun baş nümayəndəsi Brenden Hanrahanın Bakıya və İrəvana səfəri 8 avqustda ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla Cənubi Qafqazda sülhün yeni bir dövrünü açmış tarixi görüşünün davamıdır.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq ABŞ səfirliyindən bildirilib.

"Səfər çərçivəsində B.Hanrahan Prezident Tramp və onun həmkarları tərəfindən imzalanmış ikitərəfli Anlaşma Memorandumlarının icrası məqsədilə cari ilin sonunadək hər iki ölkə ilə ilk işçi qrupların toplanacağına dair planları elan etdi", - deyə səfirlikdən qeyd ediblər.

Diplomatik nümayəndəlikdən bildirilib ki, Bakıda Hanrahan ABŞ və Azərbaycan arasında ilk dəfə yaradılacaq Strateji Tərəfdaşlığın əsasını təşkil edəcək Strateji İşçi Qrupunun nizamnamə layihəsini təqdim edib.

Təşəbbüsün məqsədi regional əlaqəlilik, iqtisadi investisiyalar və təhlükəsizlik məsələlərində əməkdaşlığın inkişaf etdirilməsidir.

Diplomatik nümayəndəlikdən qeyd olunub ki, Hanrahan Bakıda ABŞ və Azərbaycan arasında ilk dəfə təsis ediləcək Strateji Tərəfdaşlığın əsasını təşkil edəcək strateji işçi qrupunun nizamnaməsinin ilkin layihəsini təqdim edib. Təşəbbüsün məqsədi regional əlaqəlilik, iqtisadi investisiyalar və təhlükəsizlik məsələləri sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir.

"O, həmçinin, Prezident Trampın 907-ci düzəlişin ləğvi ilə bağlı qərarı fonunda təhlükəsizlik sahəsində gələcək ikitərəfli əməkdaşlıqdan danışdı. Biz Ermənistan və Azərbaycan rəsmiləri arasında sərhədlərin delimitasiyası, minalardan təmizləmə və TRIPP təşəbbüsünü dəstəkləmək məqsədilə infrastrukturun inkişafı ilə bağlı son məzmunlu danışıqlar barədə xəbərləri alqışlayırıq. ABŞ-nin rəhbərlik etdiyi birgə səylər bu proseslərlə yanaşı, özəl investisiyaları cəlb edəcək və Ermənistan, Azərbaycan və bütövlükdə region üçün yeni rifah dövrünü başladacaq", - deyə səfirlikdən bildiriblər.

Seçilən
27
4
day.az

5Mənbələr