ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Polşada PUA-larla bağlı insidentdən sonra bəyanatla çıxış edib. O bildirib ki, Vaşinqton Şimali Atlantika Alyansındakı müttəfiqlərini dəstəkləyir və Qərb hərbi-siyasi blokunun ərazisinin hər qarışını müdafiə etməyə hazırdır.
Publika.az xəbər verir ki, diplomat bu barədə “X” hesabında yazıb.
“Biz hava məkanının pozulması fonunda NATO müttəfiqlərimizin yanındayıq və NATO ərazisinin hər qarışını müdafiə edəcəyik”, - Uitaker vurğulayıb.