AZ

Tağı İbrahimov zərərçəkənlərə dəyən ziyanı ödəyib? Məhkəmə

Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakının Binəqədi rayonundakı "Bakı Ağac Emalı" ASC-nin ərazisində baş verən partlayışla bağlı təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işinin növbəti məhkəmə baxışı keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmir Rüstəmovun sədrliyi ilə baş tutan iclasda zərərçəkənlərlə təqsirləndirilənlər arasında imzalanmış bir neçə barışıq sazişlərinin məhkəməyə daxil olduğu elan edilib.

Məhkəməyə daxil olan barışıq ərizələrinin elanı zamanı bəlli olub ki, təqsirləndirilənlər zərərçəkənlərə dəymiş zərərin ödənilməsində əhəmiyyətli addımlar atıblar.

Bir neçə şahidin ifadələri də prosesdə elan edilib.

Sonuncu iki şahidin dindirilməsi sentyabrın 24-nə təyin olunmuş növbəti iclasda həyata keçiriləcək.

Qeyd edək ki, ibtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi, bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Seymur Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
3
unikal.az

5Mənbələr