“Dövlət sektorunda iş yerlərinin bağlanmasını yaxşı hal hesab etmirəm. Ümumiyyətlə, iş yerlərinin bağlanmasının tərəfdarı deyiləm”.
FED.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, bu ilin birinci yarım ilində yeni açılan iş yerlərinin sayı 48,9 min olub. Onun sözlərinə görə, bunlardan 92,1%-i qeyri-dövlət sektorunu əhatə edir: “Bu, yaxşı göstəricidir. Bağlanan iş yerlərinin sayı isə 4,3 min - 54,3%-i qeyri-dövlət sektoru olub. Dövlət sektorunda iş yerlərinin bağlanmasının qəti tərəfdarı deyiləm. Bəziləri deyirlər ki, bu, dövlətin yükünü azaltmaqdır. Dövlətin sosial məsuliyyətindən biri də vətəndaşı iş yeri ilə təmin etməkdir. İş yerlərinin bağlanmasının tərəfdarı deyiləm. Xüsusilə, dövlət sektorunda iş yerlərinin bağlanmasını yaxşı hal hesab etmirəm”. (Apa)