AZ

Məzahir Əfəndiyevin məqaləsi “EU Reporter” nəşrində dərc olunub

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Avropa İttifaqının 27 ölkəsində izlənilən nüfuzlu mətbuat orqanı olan EU Reporter nəşrində 09 sentyabr 2025-ci il tarixində Milli Məclisdə "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda keçirilən xüsusi iclasına dair “Parliament Declares the Washington Declaration a Historic Victory” adlı məqaləsi dərc olunub.

“İki sahil” xəbər verir ki, məqalədə müasir, müstəqil Azərbaycan Respublikasının 35 ilə yaxın bir dövrü əhatə edən qısa tarixində bir çox böyük nailiyyətlərə imza atdığı, xüsusilə, 2020-ci ildə Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin verdiyi əmrə əsasən 44 gün ərzində heç bir mülki şəxsə zərər yetirmədən Azərbaycan Ordusunun 30 il işğal altında olan ərazilərimizi azad etməsi öz əksini tapıb.

Eyni zamanda məqalədə 08 avqust 2025-ci il tarixində Azərbaycan Respublikası, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə imzalanan tarixi “Vaşinqton Bəyannaməsi” yüksək qiymətləndirilir və Milli Məclisin 09 sentyabr 2025-ci il tarixində Vaşinqtonda keçirilmiş görüşlərinin müzakirəsinə, o cümlədən bu məsələyə Parlamentin münasibətinin formalaşdırılmasına dair keçirilən xüsusi iclası diqqətə çatdırılr.

Burada çıxış edən deputatların yekdil şəkildə bəyannaməni dəstəkləməsi və bu tarixi nailiyyətə olan münasibəti parlamentin dövlətçilik maraqları naminə sərgilədiyi həmrəylik nümunəsi kimi qiymətləndirilir. Parlament üzvlərinin çıxışlarında Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi istiqamətində ölkə başçısının apardığı uğurlu siyasətin davamlı dəstəklənməsi, millət vəkillərinin də öz növbəsində Bəyannamənin əhəmiyyətini dərindən anlayaraq onun icrası istiqamətində üzərlərinə düşən vəzifələri yerinə yetirməyə hazır olduqları qeyd olunur.

Hər bir Azərbaycan vətəndaşı gözəl anlayır ki, Prezident İlham Əliyevin əldə etdiyi bu tarixi qələbənin həyata keçirilməsi və Azərbaycanın milli maraqlarının qorunması naminə əllərindən gələni etməlidir.

Həmin məqalə ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz:

https://www.eureporter.co/world/azerbaijan-world/2025/09/10/parliament-declares-the-washington-declaration-a-historic-victory/

Seçilən
16
4
ikisahil.az

5Mənbələr