AZ

“Nə qədər ki, bu rəqəm aşağıdır, pensiya ilə bağlı problemlərimiz olacaq” Deputat

Bakupost saytına istinadən ain.az xəbər verir.

“21-ci əsr böhranlarla başladı. 2008-ci ildə başlayan iqtisadi böhranın təsirlərini hələ də görürük”.

Bakupost.az qafqazinfo-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün keçirilən komitə iclasında bildirib.

“Pandemiya dövründə bu böhranın üçüncü dalğası başladı. Həmin dövr ərzində bir çox dövlətlərdə nəinki qəbul olunmuş sosial layihələr icra edildi, hətta bir çox Avropa ölkələrində pensiyaların, əməkhaqlarının məbləği azaldıldı.

Azərbaycanda isə baxmayaraq ki, torpaqlarımız uzun müddət işğal altında olub, bizim nə qədər qaçqın və məcburi köçkünümüz var idi, 30 minə yaxın qazi, şəhid ailəsi var, bir dəfə də olsun nəinki sosial layihələr məhdudlaşdırıldı, hətta yeni sosial layihələr yaradıldı.

2020-ci ilin böhranının sonrakı dövründə pensiyaları artırmaq mümkün olmadı, amma Prezidentin xüsusi sərəncamı ilə Azərbaycanda pensiyaların minimum məbləği və aztəminatlı insanlara yeni bir yardım təyin edildi”, - komitə sədri bildirib.

M.Quliyev həmçinin qeyd edib ki, ölkəmizdə bu ilin birinci yarısında iqtisadi fəal əhalinin sayı 5 milyon 355 min 400 nəfər təşkil edib: “Məşğul əhalinin sayı 5 milyon 74 min 200 nəfər, muzdlu işçilərin sayı 1 milyon 770 min nəfər olub. Bu rəqəm bizi narahat etməlidir. Çünki muzdlu işçilər məşğul əhalinin 35 faizini təşki edir. Bu rəqəm aşağıdır. Nə qədər ki, bu rəqəm aşağıdır, bizim həmişə pensiya təminatında, vergilərdə, sosial sığortanın yığılmasında problemlərimiz olacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
www.bakupost.az

1Mənbələr