BAKI, 10 sentyabr. TELEQRAF
ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Rusiyanın Polşaya PUA hücumundan sonra Vaşinqtonun NATO ərazisinin hər santimetrini müdafiə edəcəyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə sosial mediada yazıb.
“Biz bu hava məkanı pozuntuları fonunda NATO müttəfiqlərimizin yanındayıq və NATO ərazisinin hər qarışını müdafiə edəcəyik”, - Uitaker vurğulayıb.