AZ

Avqustda bahalaşan və ucuzlaşan məsulların siyahısı açıqlanıb

2025-ci ilin avqustunda Azərbaycanda uzun düyü,  mal və qoyun ətinin, südün, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, albalının, əriyin, qarpızın, ağ kələmin, göyərtinin, xiyarın, göy lobyanın, yerkökünün, sarımsağın, şokolad məmulatlarının qiymətlərində artım qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

Eyni dövrdə limonun, almanın, armudun, yemişin, üzümün, gül kələminin, brokkolinin, pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, soğanın, kartofun  qiymətləri isə ucuzlaşıb.

Qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi avqustda əvvəlki ayla müqayisədə 0,1%, yanvar-iyul aylarında isə ötən ilin eyni dövrünə nisbətən 0,6% artıb.

Qeyri-qida məhsulları arasında avqustdaşəxsi gigiyena və zərgərlik məmulatlarının bahalaşıb, yay geyimlərinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Gülnar 

Seçilən
4
1
anews.az

2Mənbələr