Xalqcebhesi saytından verilən məlumata görə, ain.az xəbər verir.
Rusiya Müdafiə Nazirliyi Polşanın PUA hadisəsi ilə bağlı bəyanatlarını şərh edib.
Xalqcebhesi.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Polşa ərazisində obyektləri hədəf almağı planlaşdırmadıqlarını bildirib.
"Polşa ərazisində hədəf alınacaq obyektlər planlaşdırılmamışdır", – deyə Rusiya Müdafiə Nazirliyindən açıqlama verilib.
Nazirlik, Polşaya daxil olduğu iddia edilən PUA-ların tətbiq olunan maksimum uçuş məsafəsinin 700 km-dən çox olmadığını əlavə edib.
Rusiya Müdafiə Nazirliyi həmçinin Polşa Müdafiə Nazirliyi ilə "bu mövzu üzrə" məsləhətləşmələr aparmağa hazır olduqlarını bildirib.
Bundan əlavə, Rusiya Silahlı Qüvvələri Ukraynanın İvano-Frankivsk, Xmelnitski, Jitomir bölgələrində, eləcə də Vinnitsa və Lvov şəhərlərində hərbi-sənaye kompleksinə zərbələr endirdiyini açıqlayıb.
"Ancaq biz bu mövzuda Polşa Müdafiə Nazirliyi ilə məsləhətləşmələr aparmağa hazırıq", – deyə Rusiya Müdafiə Nazirliyi vurğulayıb.
Məryəm Quliyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.