İsrail hakimiyyəti HƏMAS danışıqlar qrupuna hücumun nəticələri ilə bağlı dünən nikbin əhval-ruhiyyədə idi, lakin bu gün nikbinlik bədbinliklə əvəzlənib.
Publika.az xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası KAN-da yayımlanan reportajda deyilir.
Adı açıqlanmayan İsrail təhlükəsizlik rəsmisi KAN-a bildirib ki, hücumun qəti nəticələri gözlənilməlidir. İsrail rəsmisi qeyd edib ki, HƏMAS-ın danışıqlar qrupuna hücumun uğursuz olması mümkündür.
Bu arada HƏMAS-ın hücumdan sonra verdiyi ilk açıqlamada İsrailin danışıqlar qrupunu hədəf alan sui-qəsdin “iyrənc cinayət və bütün beynəlxalq norma və qanunların açıq şəkildə pozulması” olduğu bildirilib. Həmçinin, danışıqlar qrupunda olan HƏMAS liderlərinin İsrailin sui-qəsd cəhdindən sağ çıxdığı vurğulanıb.
Tural