AZ

Vens: Tramp Rusiyanı təkləmək istəmir

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu sözləri ABŞ-nin vitse-prezidenti C.D.Vens "One America News Network" telekanalına müsahibəsində dilə gətirib. O vurğulayıb ki, Donald Tramp bu niyyətini həm avropalılara, həm də ruslara açıq-aydın şəkildə bildirib. "Prezident belə qənaətdədir ki, münaqişədən inadkarlıqla əl çəkməməkdən əlavə bu münaqişəyə görə Moskvanı iqtisadi müstəvidə təkləmək də əbəs işdir. Donald Trampın fikri aydındır: o, insanların ölməsini istəmir. Ukraynada sülh baş tutanda Vaşinqtonun maraq dairəsi çərçivəsində hər cür iqtisadi əməkdaşlığa da açıqdır. Ümumiyyətlə, Şərqi Avropa ilə güclü iqtisadi əlaqələrimiz qurularsa, bu, uzunmüddətli sülh naminə ən yaxşı təminata çevrilər", - vitse-prezident söyləyib. Onun sözlərinə görə, münaqişəni başa çatdırmaq, sülh yolu ilə iqtisadi tərəqqi mühiti yaratmaq imkanı var. "Çalışacağıq ki, bu imkan üzərində səy göstərək. İndidən hər hansı nəticə haqqında danışmaq çətindir, amma zəmanət verirəm ki, bir gün bu müharibə sülh sazişi ilə başa çatacaq", - C.D.Vens deyib.

Is economic cooperation with Russia the path to end war in Ukraine? @VP JD Vance says “ABSOLUTELY”. pic.twitter.com/wLEKXRaS5B

— One America News (@OANN) September 10, 2025

Firudin Həmidli

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
1
azvision.az

2Mənbələr