Suriyanın keçid dövrünün Prezidenti Əhməd əş-Şaraa, oktyabrın 15-də Moskvada keçiriləcək birinci Rusiya-Ərəb sammitində ölkəsinin milli nümayəndə heyətinə rəhbərlik edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Suriya səfirliyi məlumat yayıb.
Bildirilib ki, bu qərar Rusiya baş nazirinin müavini Aleksandr Novak və Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani tərəfindən Dəməşqdə keçirilən mətbuat konfransında elan olunub.
Qeyd edək ki, bu sammit Ərəb Dövlətləri Liqasına üzv ölkələrlə Rusiya Federasiyasını bir araya gətirən ilk görüş olacaq və Yaxın Şərq, Şimali və Şərqi Afrika ölkələrinin iştirakı ilə baş tutacaq. Görüşün əsas məqsədi siyasi, iqtisadi və regional əməkdaşlığın genişləndirilməsidir.