AZ

Milli Məclisin komitələri haqqında qanun dəyişir

Mia.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Milli Məclisin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" və "Milli Məclisin komitələri haqqında" qanunlara dəyişiklik ediləcək.

Məlumata görə, bununla bağlı sənəd artıq qanunverici orqana daxil olub.

Dəyişiklik layihələrinin parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılması nəzərdə tutulub.

İclasın gündəliyində həmçinin "Dövlət xidmətləri haqqında" qanun layihəsinə təklif olunan dəyişikliklərə də baxılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
6
mia.az

10Mənbələr