AZ

ABŞ Sahil Mühafizəsi bu qayığı məhv etdi Video

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

ABŞ Sahil Mühafizəsi şübhəli narkotik qayığını ələ keçirərək yandırıb və batırıb.

Axar.az xəbər verir ki, hadisə Daxili Təhlükəsizlik Nazirliyinin yaydığı videoda əks olunub.

“Foks Nyus”un məlumatına görə, Sahil Mühafizəsi bir gecədə üç müdaxilə edərək təxminən 13 min funt (5,9 ton) kokain müsadirə edib və 7 şübhəli narkotik qaçaqçısını saxlayıb.

Yayımlanan videoda qayığın atəşə tutulduqdan sonra alovlanaraq batdığı görünür.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
2
axar.az

3Mənbələr