AZ

Moda nəhənginin həyatı filmə çevrilir

Bu əsər onun həyatına və vizyonuna bir ehtiram olacaq

Keçən həftə vəfat edən italyan moda dizayneri Giorgio Armaninin həyatı böyük ekrana daşınır.
Sherg.az xəbər verir ki, İtalyan moda dizayneri Giorgio Armani 91 yaşında dünyasını dəyişib. “Deadline” nəşrinin xəbərinə görə, 4 sentyabrda vəfat edən ustadın həyatı film olur.
İtalyan prodüser Andrea Iervolino məşhur modelyerin ardından “Armani – The King of Fashion” (“Armani - Modanın Kralı”) adlı bioqrafik film layihəsi üzərində çalışdıqlarını açıqlayıb.
Məşhur prodüser layihənin uzun müddətdir planlaşdırıldığını, lakin ictimaiyyətə gec açıqlanmış olduğunu bildirib: “Armani sadəcə bir dizayner deyildi, parçaların şairi və zərifliyin memarı idi. Bu film onun həyatına və vizyonuna bir ehtiram olacaq” deyib. Giorgio Armaninin şəxsi və peşəkar inkişafını əks etdirəcək filmin ssenarisini Bobby Moresco qələmə alacaq.
Filmdə kimlərin rol alacağı və nümayiş tarixi isə hələ açıqlanmayıb.




Seçilən
27
sherg.az

1Mənbələr