AZ

Fransada 80 min polis səfərbər oldu: 200 həbs var Video

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Fransada yeni etiraz hərəkatı çərçivəsində yollar bağlanıb, ölkə üzrə 200-dən çox etirazçı saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Daxili işlər naziri Bruno Retayyo bildirib ki, ölkə üzrə 80 min polis qüvvəsi səfərbər edilib, bunlardan 6 min nəfəri Parisdə yerləşdirilib.

Aksiyalar əsasən Bordo, Tuluz, Marsel, Montpellier, Nantes və Lion şəhərlərində olub.

Qeyd edək ki, etirazçılar Fransa siyasi sisteminin artıq işlək olmadığını bildirir. Hərəkat sağyönümlü qruplar tərəfindən başladılıb, daha sonra sol və radikal solçular da onlara qoşulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
axar.az

2Mənbələr