AZ

ABŞ-a qarşı inanılmaz iddia bu ölkə prezidentindən gəldi!

Venesuela Dövlət Başçısı Delcy Rodriguez ABŞ-ı narkotik ticarətindən ən çox gəlir əldə edən ölkə adlandırıb.

Yenisabah.az xəbər verir ki, onun sözlərinə görə, bu gəlirin təxminən 85%-i ABŞ daxilində qalır. Rodriguez həmçinin ABŞ-ın Karib dənizindəki hərbi varlığını tənqid edib, bunun siyasi məqsəd daşıdığını və Venesuelanın təbii sərvətlərini ələ keçirmək istədiyini vurğulayıb. O, ABŞ-ı bu məsələləri öz ərazisində həll etməyə çağırıb.

ABŞ isə Venesuelanın narkotik ticarətində iştirakını əsas gətirərək, ölkə ətrafında hərbi əməliyyatları gücləndirib. Prezident Donald Trump ABŞ ordusunun Venesueladan narkotik daşıyan bir gəmiyə hücum etdiyini açıqlayıb. Dominos pizza

Bu qarşılıqlı ittihamlar və hərbi gərginliklər, ABŞ və Venesuela arasında davam edən siyasi və iqtisadi qarşıdurmanın yeni mərhələsini təşkil edir.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
26
yenisabah.az

1Mənbələr