Azərbaycanlı tələbələrdən ibarət futzalçılarımız türkdilli ölkələrin 3-cü universiadasında iştirak edib.
Fanat.Az-ın məlumatına görə, İdman Akademiyasının komandası Qırğızıstanın Bişkek şəhərində təşkil olunan yarışda 2-ci yeri tutub.
Təmsilçimiz meydan sahibləri ilə yanaşı, Türkiyə, Qazaxıstan və Özbəkistanla eyni qrupda yer alıb.
Azərbaycanlı futzalçı tələbələr ilk matçda meydan sahiblərinə 4:6 hesabı ilə uduzsalar da, növbəti rəqiblərini məğlub etməyi bacarıblar: Özbəkistan - 7:3, Qazaxıstan - 3:2, Türkiyə - 6:3.
Beləliklə, turnirin qalibi Qırğızıstan olub.
Qeyd edək ki, 4-cü universiada 2027-ci ildə Türkiyədə təşkil olunacaq.
Mirağa