AZ

Ukraynalı futbolçunun oyununa görün nə təsir edib: Psixoloji olaraq çox çətindir

Ukrayna millisinin yarımmüdafiəçisi Georgi Sudakov DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla oyundakı heç-heçə barədə fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, oyundan 2 gün öncə Kiyevin Rusiya tərəfindən atəşə tutulması nəticəsində yaşadığı evə ziyan dəyən futbolçu bu hadisənin çıxışına təsir etdiyini gizlətməyib:

"Kifayət qədər qol imkanlarımız var idi. 1:0 hesabı ilə öndə idik, amma bir əks-hücum, əllə oynama və penalti hər şeyi dəyişdi. Uğursuz olduq. Oyunu nəzarətdə saxlayırdıq, daha çox qol vurmalıydıq, amma alınmadı.

İndi psixoloji olaraq çox çətindir. Narahat olursan, ailən üçün həyəcanlanırsan. İndi həyat yoldaşım valideynlərinin yanına köçüb. Evimin halını fotolardan gördünüz. 15-ci mərtəbəyə mərmi düşdü, biz isə 9-cu mərtəbədə yaşayırdıq".

Seçilən
37
publika.az

1Mənbələr