AZ

Diplomatik nümayəndəliyin tabeliyindəki mədəniyyət mərkəzi haqqında Əsasnaməyə dəyişiklik edilib

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici ölkədəki diplomatiknümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqındaƏsasnaməyə dəyişiklik edilib.

Trend xəbər verir ki, bununla bağlı müvafiqqərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının xarici dövlətdəkidiplomatik nümayəndəliyinin tabeliyində olan Mədəniyyət MərkəziAzərbaycanın mədəniyyəti, tarixi, sosial, iqtisadi inkişafı,elmi-texniki və turizm potensialının təbliğini genişləndirməkməqsədilə Mədəniyyət Nazirliyinin və Xarici İşlər Nazirliyininbirgə təklifi və Nazirlər Kabinetinin vəsatəti əsasında AzərbaycanRespublikası Prezidentinin Sərəncamı ilə yaradılacaq.

Mərkəz öz fəaliyyətində Azərbaycan RespublikasınınKonstitusiyasını, Azərbaycan Respublikasının və qəbul edən dövlətintərəfdar çıxdıqları müvafiq beynəlxalq müqavilələri, AzərbaycanRespublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentininfərman və sərəncamlarını, bu Əsasnaməni, Azərbaycan RespublikasıNazirlər Kabinetinin digər qərarlarını, həmçinin sərəncamlarını,Azərbaycan Respublikasının Hökuməti ilə qəbul edən dövlətinhökuməti arasında diplomatik nümayəndəliyin tabeliyində Mərkəzinyaradılması və fəaliyyətinə dair bağlanılmış sazişi, habeləMədəniyyət Nazirliyinin və Xarici İşlər Nazirliyinin əmr, sərəncamvə göstərişlərini rəhbər tutur və qəbul edən dövlətinqanunvericiliyini nəzərə alır.

Mərkəzlərdə aparılan işin həcmi və xüsusiyyətləri nəzərəalınaraq, Mərkəzdə mühasibat uçotunu aparan və maliyyə-təsərrüfatfəaliyyəti ilə bağlı digər vəzifələri yerinə yetirən diplomatiknümayəndəliyin maliyyə məsələləri üzrə attaşelərinə Mərkəztərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatikxidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsiQaydaları”na uyğun olaraq onların dövlət məvacibindən gəlir vergisivə digər icbari ödənişlər çıxıldıqdan sonra qalan vəsaitəfərqləndirici əmsal tətbiq edilməklə alınan məbləğin 15 (on beş)faizi həcmində aylıq əlavə (müvafiq valyutada) ödəniləcək.

Seçilən
7
13
az.trend.az

10Mənbələr