AZ

Avqustda inflyasiya 4,9% təşkil edib

2025-ci ilin avqustunda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% artaraq 104,9% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilib.

İllik inflyasiya göstəriciləri üzrə:

Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə artım 6,6%,qeyri-qida məhsulları üzrə 2,1%haliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 4,9% səviyyəsində qeydə alınıb.

Aylıq müqayisə baxımından, 2025-ci ilin avqustunda istehlak qiymətləri iyula nisbətən 0,4% artıb.

Yanvar–avqust dövründə isə ümumi istehlak qiymətləri indeksi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6% artım göstərib.

Həmin dövrdə qida və tütün məhsulları üzrə qiymətlərdə 6,6% artım müşahidə olunub.

Gülnar

Seçilən
20
anews.az

1Mənbələr